Home » “Kripto qışı” Google-un da reklam imperiyasını zədələyir: Texnologiya nəhənginin belə immunu yoxdur

“Kripto qışı” Google-un da reklam imperiyasını zədələyir: Texnologiya nəhənginin belə immunu yoxdur

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Hətta Google-un da “kripto qışına” qarşı immunu yoxdur. Belə ki, Google-un ana şirkəti Alphabet-in çərşənbə axşamı açıqlanan 3-cü rüb gəlirləri ilə bağlı nəticələri göstərib ki, azalma var, baş maliyyə rəhbəri Philipp Schindler isə gəlirlərdə geriləməni kripto şirkətlər və başqa maliyyə firmalarının reklam xərclərini endirməsində görüb.

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, şirkətin CEO-su deyib ki, makro iqtisadi çətinliklər Google-un reklam biznesinə təsir edir. 

Google-un 3-cü rübdəki reklam gəlirləri cəmi 6% artıb ki, bu da pandemiyanın başlamasından əvvəlki dövr istisna olmaqla, 2013-cü ildən bu yana ən zəif göstərici hesab edilir. Google şirkətinə daxil olan YouTube da reklam gəlirlərində azalma olduğunu qeyd edib.

2022-ci ilə bitcoin və ethereum-un hər ikisi dəyərlərinin 60%-ni itirib. 2021-ci ildə ictimaiyyətə açıqlanan kripto dəyişdirilməsi üzrə Coinbase şirkəti 70%-dən çox dəyər itirib. Digər kriptovalyuta şirkətləri Celsius Network, Voyager Digital və Three Arrows Capital kimi seçilən adlar da iflası hiss edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.