Home » Kriptovalyuta bazarında eniş: “Bitcoin” 65 min dollar səviyyəsinə düşdü

Kriptovalyuta bazarında eniş: “Bitcoin” 65 min dollar səviyyəsinə düşdü

by yunus
0 comments 0 views 1 minutes read

Qlobal kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin qiymətlərində əsasən azalma müşahidə olunub.

BBN.az xəbər verir ki, ümumi kriptobazarın kapitallaşması 0,81% geriləyərək 2,24 trilyon ABŞ dollarına düşüb. “CoinMarketCap 20” (CMC20) indeksi də 0,89% azalaraq 133,91 bənd təşkil edib.

Bazar dəyərinə görə ən böyük kriptovalyuta olan “Bitcoin”in (BTC) qiyməti son sutkada 1,02% azalaraq 65 633,82 ABŞ dollarına enib. “Ethereum” (ETH) 0,58% ucuzlaşaraq 1 922,52 dollar, BNB isə 0,26% geriləyərək 569,98 dollar səviyyəsində qərarlaşıb.

İlk 10-luqda ən böyük geriləmə “Zcash” (ZEC) üzrə qeydə alınıb. Aktivin qiyməti son 24 saat ərzində 1,63%, son yeddi gün ərzində isə 9,23% azalıb. “Bitcoin Cash” (BCH) 2,90%, “Bittensor” (TAO) isə 2,69% dəyər itirib.

Digər tərəfdən, qızılla təmin olunan rəqəmsal aktivlərdə cüzi artım qeydə alınıb. “Tether Gold” (XAUt) 0,06%, “PAX Gold” (PAXG) isə 0,08% bahalaşıb.

Analitiklər kriptovalyuta bazarındakı zəif dinamikanı investorların riskli aktivlərə münasibətdə daha ehtiyatlı davranması, Yaxın Şərqdə artan geosiyasi risklər fonunda təhlükəsiz aktivlərə tələbin yüksəlməsi və investorların mənfəət götürməyə başlaması ilə izah edirlər. Bu amillər fonunda kapitalın bir hissəsinin qızılla təmin olunan tokenlərə yönəldiyi, əsas kriptovalyutalarda isə satış təzyiqinin artdığı bildirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.