19.06.2023-cü il tarixindən 20.07.2023-cü il tarixinədək “Bank Respublika” ASC tərəfindən ləğv prossesində olan “Günay Bank” ASC-nin 1915 sığortalı müştərisinə ümumilikdə 30,701,746 AZN kompensasiya ödənilmişdir.
Əmanətlərin Sığortalanması Fondundan (ADİF) BBN.az-a verilən məlumata əsasən burada əmanəti milli valyutada olan 1715 müştəriyə 23,930,747 AZN, əmanəti ABŞ dollarında olan 184 müştəriyə 6,525,975 AZN (3,838,809 ABŞ dolları ekvivalenti) və 16 müştəriyə AVRO-da olan əmanətinə görə isə 245,023 AZN (133,042 AVRO ekvivalenti) məbləğində kompensasiya ödənilmişdir.
Xatırladaq ki, 16 may 2023-cü il tarixində Bakı Kommersiya Məhkəməsi qərarına əsasən Azərbaycan Mərkəzi Bankı “Günay Bank” ASC-nin lisenziyasını ləğv etdərək bankı müflis elan edilmişdir. Qərara əsasən, Əmanətlərin Sığortalanması Fondu Banka ləğvedici təyin olunmuşdur.
19 iyun 2023-cü il tarixdən başlayaraq isə müflis elan edilmiş “Günay Bank” müştərilərinə kompensasiyaların ödənilməsi “Bank Respublika” ASC müvafiq filialları vasitəsilə həyata keçirilməsinə başlanmışdır.