Home » Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlarının nəzərinə ÜÇÜNCÜ BİLDİRİŞ

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlarının nəzərinə ÜÇÜNCÜ BİLDİRİŞ

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “AG bank” ASC-nin ləğvedicisi təyin edilmişdir

Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı və ünvanı; 

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Ləğv prosesində olan “AG Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 135 

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.

QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.