0

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə əməkdaşlığın prioritetlərini müzakirə edib.
Bu barədə AMB xəbər verir.
Məlumata görə, bu barədə müzakirələr qurumun sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə aparılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.




