Azərbaycan Mərkəzi Bankı (AMB) icrası məcburi göstərişi ləngidən investisiya şirkətinin vəzifəli şəxsini cərimə edib.
Bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata əsasən “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub. Belə ki, AMB tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin yerinə yetirilməsi istiqamətində verilmiş icrası məcburi göstəriş investisiya şirkəti tərəfindən vaxtında icra edilməyib. Mərkəzi Bank bunu nəzərə alaraq “PSG-Kapital”ın vəzifəli şəxsini İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə uyğun olaraq min manat məbləğində cərimə edib.