Home » Mərkəzi Bank tərəfindən məlumatlılıq təşəbbüsləri davam etdirilir – Foto

Mərkəzi Bank tərəfindən məlumatlılıq təşəbbüsləri davam etdirilir – Foto

by anar
0 comments 0 views 1 minutes read

Mərkəzi Bankda media nümayəndələri üçün keçirilən növbəti təlim “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunmasında Mərkəzi Bankın rolu” mövzusunda təşkil olunub.

“İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu təlim zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə dair görülən işlər, bu sahədə formalaşdırılmış hüquqi və institusional baza, eləcə də vətəndaş müraciətlərinə baxılması mexanizmləri və tətbiq olunan müasir yanaşmalar haqqında mühüm məqamlar səsləndirilib.

Təlimdə həmçinin maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi çərçivəsində vətəndaşların yazılı və şifahi müraciətlərinin araşdırılması, məlumat əlçatanlığının təmin olunması ilə bağlı mühüm məqamlar təqdim olunub.

Təqdimat zamanı media nümayəndələrinin sualları cavablandırılıb, praktiki nümunələr əsasında mövcud imkanlar və vətəndaş müraciətlərinin idarə olunması prosesi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qərarı ilə ölkəmizdə hər il 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” kimi qeyd olunur. Bu müddətdə cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif təşəbbüslər keçirilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.