

Mərkəzi Bank tərəfindən istehlakçı və investorların hüquqlarının müdafiəsi çərçivəsində növbəti səyyar qəbul fevral ayının 5-də Tərtər rayonunda təşkil olunub. Ümumilikdə 30-a yaxın vətəndaşın qatıldığı qəbul zamanı kredit ödənişləri üzrə güzəştlər, bankomat və ödəniş terminallarının quraşdırılması və digər mövzulara dair müraciətlər səsləndirilib.
Vətəndaşlara Mərkəzi Bankın səlahiyyətləri, həmçinin nağdsız ödənişlərin üstünlükləri barədə məlumat təqdim olunub. Araşdırma tələb edən müraciətlərlə bağlı prosedura uyğun surətdə ərizələrin qəbulu həyata keçirilib.