Home » Mərkəzi Bank tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədi təsdiq edilib

Mərkəzi Bank tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədi təsdiq edilib

by anar
0 comments 3 views 1 minutes read

Mərkəzi Bankın “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”nın əsas sütunlarından biri dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılmasıdır. Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edilib.

Təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.

Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.

“Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” sənədini aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

https://uploads.cbar.az/assets/bac813a8cef6b067a93593180.pdf

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.