Home » Mərkəzi Bank: Valyuta bazarında təklif tələbi üstələyib

Mərkəzi Bank: Valyuta bazarında təklif tələbi üstələyib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Azərbaycanda 2025-ci ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsinə dair açıqladığı press-relizdə qeyd olunub.

Məlumata görə, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 1,5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29,3%-ə enib. Bu isə məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

AMB bildirir ki, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə əsasən, tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 mlrd. ABŞ dolları (ÜDM-in 6,3%-i) həcmində müsbət saldo qeydə alınıb.

Eyni zamanda, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1,6 mlrd. ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın proqnozuna əsasən, 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı gözlənilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.