1
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsi tərəfindən keçirilən 8-ci Qlobal Toplantının spikerlərindən biri olub.
Şahin Mahmudzadə iştirak etdiyi müzakirə paneli çərçivəsində iqlim dəyişmələrinə qarşı mübarizədə və dayanıqlılıq yanaşmalarının uyğunlaşdırılmasında qlobal səylərin səfərbər edilməsinin əhəmiyyəti barədə danışıb.