07 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50200479S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.6193 AZN (6.00%) və 99.1464 AZN (3.69%) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 265,371,800.0 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.1440 AZN (3.70%), orta ölçülmüş qiyməti 99.1457 AZN (3.69%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50 000 000.00 AZN təşkil edib.
Notların ödəmə tarixi 04.05.2020 ildir.