2


Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru Reyçl Tompsonun rəhbərlik etdiyi nümunayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində maliyyə sisteminin dayanıqlılığının artırılmasını və rəqəmsal maliyyə ekosistemtinin inkişafını hədəfləyən strateji təşəbbüslər müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.