2


Mərkəzi Bankın sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər çərçivəsində Əbu-Dabi şəhərində BƏƏ-nin Mərkəzi Bankının sədri Xaled Məhəmməd Balama ilə görüşmüşdür.
Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, hər iki ölkənin maliyyə sektorunun inkişafı, mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılmışdır.