Home » Mərkəzi Bankın təşkilatçılığı ilə praktiki təlim keçirilib – Foto

Mərkəzi Bankın təşkilatçılığı ilə praktiki təlim keçirilib – Foto

by anar
0 comments 1 views 1 minutes read

Mərkəzi Bankın təşkilatçılığı ilə “Açıq bankçılıq inqilabı: sərhədləri aşan biznes imkanları” mövzusunda praktiki təlim keçirilib. Təlim çərçivəsində Mərkəzi Bankın və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri tərəfindən Açıq bankçılıq həlləri və onun üstünlükləri, eləcə də xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.

Təqdimatın yekununda iştirakçılar 5 nəfərlik komandalara bölünməklə innovativ məhsul ideyaları üzərində praktiki çalışmalara qatılıblar. Komandalara innovativ məhsullar üzrə praktiki mərhələnin reallaşdırılmasında ekspert dəstəyi göstərilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbirdə Mərkəzi Bankın nümayəndələri ilə yanaşı bankların, maliyyə texnologiyaları təşkilatlarının və digər aidiyyəti qurumların 60-a yaxın rəhbər şəxsləri iştirak edib. Tədbir innovativ ideyaların mübadiləsi və strateji əməkdaşlıqların qurulması üçün mühüm bir platformaya çevrilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.