Home » Mərkəzi Bank 2025-ci il üzrə sonuncu faiz qərarını açıqlayacaq

Mərkəzi Bank 2025-ci il üzrə sonuncu faiz qərarını açıqlayacaq

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni dekabrın 10-da 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

BBN.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Mərkəzi Bank sonuncu dəfə bu il iyul ayının 23-də bir ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni oktyabarın 22-də uçot dərəcəsini sabit saxlayıb.

AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.

Xatırladaq ki, xarici maliyyə institutları Mərkəzi Bankın bu il üzrə uçot dərəcəsini 7% səviyyəsində sabit saxlyacağını proqnozlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.