2
11 oktyabr 2023-cü il tarixində Mərkəzi Bankda “Azərbaycanda dövlət müəssisələrinin idarəetməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD – OCDE) korporativ idarəetmə prinsiplərinə uyğunluğunun yoxlanması layihəsi” çərçivəsində OECD və Dünya Bankının (The World Bank) nümayəndələri ilə görüş keçirildi.
Görüş zamanı sözügedən layihə barədə, o cümlədən korporativ idarəetmə sahəsində Mərkəzi Bankın yeni requlyativ tələblərinə dair ətraflı məlumat verildi. Görüşdə həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edildi.