Home » Maliyyə Nazirliyi dövlət borcu üzrə statistik bülleteni ictimaiyyətə təqdim edib

Maliyyə Nazirliyi dövlət borcu üzrə statistik bülleteni ictimaiyyətə təqdim edib

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi 2026-cı ilin ilk yarısını əhatə edən dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleteni yayımlayıb.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənəd dövlət borcunun idarə olunması sahəsində şəffaflığın artırılması, ictimaiyyət üçün açıqlanan məlumatların əhatə dairəsinin genişləndirilməsi və bu istiqamətdə informasiyaya çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə hazırlanaraq dərc edilib.

Nazirlik qeyd edib ki, Statistik Bülletendə dövlətin daxili və xarici borc portfeli, dövlət zəmanətli öhdəliklər, borcun strukturu və digər əsas göstəricilər barədə məlumatlar yer alır.

Qurum sənədlə ətraflı tanış olmaq istəyənlərin Maliyyə Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edə biləcəyini bildirib.

Statistik Bülletenlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://maliyye.gov.az/scripts/pdfjs/web/viewer.html?file=/uploads/news_files/6a6af0732dfbe.pdf

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.