05 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105003781 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 95.5155 AZN (9.0000%) və 103.77 AZN (4.5076%) olan 20 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.1731 AZN (5.3399%), orta ölçülmüş qiyməti 102.3171 AZN (5.2642%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,679,600.00 AZN yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 1 fevral 2022-ci ildir.
Hərrac iştirakçıları 6 fevral 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.