Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

6 aprel 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106010884 ISIN-li, 30 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 86.6872 (13.0000%) və 100.6100 (7.2700%) olan 39 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0600 (7.4750 %), orta ölçülmüş qiyməti  100.2743  (7.3963%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 170,534,000.00 manat yerləşdirilmiş həcmi isə 45,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  2  aprel 2024-cü  il.

Hərrac iştirakçıları 7 aprel 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır