Home » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

by bbnadm
0 comments 0 views 1 minutes read

12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106032888 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.6714  AZN (7%) və 101.3886  AZN (4.5%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2488 AZN (4.5499%), orta ölçülmüş qiyməti  101.3519 AZN (4.5131%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,766,300.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 oktyabr 2024-cü  il.

Hərrac iştirakçıları 13 oktyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.