
ABA-nın nəznində fəaliyyət göstərən “Maliyyə və mühasibatlıq” üzrə Ekspert Qrupunun tərkibində fəaliyyət göstərən İFRS üzrə Alt İşçi Qrupunun 3 iyul 2026-cı il tarixində “Zoom proqramı” üzərindən onlayn formatda ilk iclası keçirilmisdir.
İclasda IFRS 9 çərçivəsində mərhələ meyarlarının optimallaşdırılması, bankdaxili hesabatlılıq proseslərinin inteqrasiyasının gücləndirilməsi və digər cari məsələlərin müzakirəsi aparılmisdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 21 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.




