Home » Mart ayının pensiyaları ilə bərabər, müavinət, təqaüd, ünvanlı yardımlar da Novruz bayramına qədər ödənəcək

Mart ayının pensiyaları ilə bərabər, müavinət, təqaüd, ünvanlı yardımlar da Novruz bayramına qədər ödənəcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişi bu həftə yekunlaşacaq.

Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.