Home » Media nümayəndələri maliyyə sektorunda ən çox rast gəlinən fırıldaqçılıq sxemləri barədə məlumatlandırılıb

Media nümayəndələri maliyyə sektorunda ən çox rast gəlinən fırıldaqçılıq sxemləri barədə məlumatlandırılıb

by yunus
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektoru və mərkəzi bankçılıq sahəsində aktual mövzular üzrə media nümayəndələrinin məlumatlılığının artırılması istiqamətində maarifləndirici fəaliyyətlərini davam etdirir.

BBN.az xəbər verir ki, Milli Mətbuat Günü ərəfəsində təşkil olunan “Maliyyə sektorunda kibertəhlükəsizlik çağırışları” mövzusunda təlimdə jurnalistlərə kibertəhlükəsizlik riskləri və maliyyə fırıldaqçılığı ilə bağlı geniş məlumat təqdim olunub.

Təlim zamanı AMB-nin Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov maliyyə sektorunda ən çox rast gəlinən fırıldaqçılıq sxemləri, kiberdələduzluğun yeni tendensiyaları və bu risklərdən qorunma yolları barədə çıxış edib.

Tədbirdə bank və ödəniş xidmətləri sahəsində müşahidə olunan risklər, sosial mühəndislik üsulları, dezinformasiyanın yarada biləcəyi təhlükələr, eləcə də bu mövzuların mediada işıqlandırılması zamanı diqqət edilməli məqamlar real nümunələr əsasında izah olunub.

Bununla yanaşı, media nümayəndələrinin şəxsi kibertəhlükəsizliyinin gücləndirilməsi, məlumat mənbələrinin qorunması və rəqəmsal təhlükələrə qarşı daha hazırlıqlı olmaları üçün praktik tövsiyələr də təqdim edilib.

Mərkəzi Bank bildirib ki, ictimaiyyətin maliyyə savadlılığının və kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması qurumun əsas prioritetlərindən biridir və bu istiqamətdə maarifləndirici təşəbbüslər gələcəkdə də davam etdiriləcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.