21 avqust 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano Baku” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.
4 sentyabr 2023-cü ildə “Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | Səhmlərin növü və forması | Səhmlərin sayı | Nominal Dəyəri | Yerləşdirmə forması | Yerləşdirmə tarixi | Anderrayter
|
AZ1002024672 | Adi adlı sənədsiz səhm | 10 000 (ədəd) | 10 manat | Abunə yazılışı üsulu | 04.09.2023 | “AzFinance İnvestisiya Şirkəti” QSC |