Home » Mikayıl Cabbarov: Qeyri-neft sektorundakı artım müəyyən edilmiş strateji hədəfləri qabaqlayıb

Mikayıl Cabbarov: Qeyri-neft sektorundakı artım müəyyən edilmiş strateji hədəfləri qabaqlayıb

by yunus
0 comments 3 views 1 minutes read

2022–2025-ci illər üzrə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 3,3% səviyyəsində gözlənilir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, büdcə sənədinin hazırlanması prosesində həm qlobal, həm də yerli iqtisadi amillər nəzərə alınıb. O qeyd edib ki, dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycanda cari ildə iqtisadi artım sabit templə davam edir. 2025-ci il üzrə gözləntilər nəzərə alındıqda, 2022–2025-ci illərdə ÜDM-in orta illik artımı 3,3% olacaq. Bu dinamika əsasən qeyri-neft və qeyri-qaz sektorlarının inkişafı hesabına təmin edilir.

Mikayıl Cabbarov əlavə edib ki, qeyri-neft-qaz sektorunda orta illik artımın 6,1% səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş hədəfləri üstələyir və aparılan islahatların real nəticə verdiyini göstərir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.