Home » Milli Depzoit Mərkəzi I yarımildəki ödənişlərini açıqlayıb

Milli Depzoit Mərkəzi I yarımildəki ödənişlərini açıqlayıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin ilk yarısında Milli Depozit Mərkəzi (MDM) manatla buraxılmış qiymətli kağızlar üzrə ümumilikdə 2 milyard 229,7 milyon manat ödəniş edib.

BBN.az  MDM-ə istinadən xəbər verir ki, yarımillik ödənişlərin strukturu belə olub:

  • Dövlət istiqrazları – 1 milyard 635,08 milyon manat (73,3%), bunun 261,41 milyon manatı kupon ödənişləri təşkil edib.

  • Azərbaycan Mərkəzi Bankının notları – 270,2 milyon manat (12,1%).

  • Korporativ istiqrazlar – 124,42 milyon manat (5,6%), bunun 14,42 milyon manatı kupon ödənişləridir.

  • Səhmlər (dividend formasında) – 200 milyon manat (9%).

Eyni dövrdə xarici valyuta ilə buraxılmış qiymətli kağızlar üzrə 49,34 milyon ABŞ dolları ödəniş həyata keçirilib:

  • Dövlət istiqrazları – 20,3 milyon ABŞ dolları (41,1%), bunun 0,3 milyon ABŞ dolları kupon ödənişidir.

  • Korporativ istiqrazlar – 29,04 milyon ABŞ dolları (58,9%), bunun 19,04 milyon ABŞ dolları kupon ödənişidir.

MDM-in məlumatına görə, bu göstəricilər 2025-ci ilin ilk yarısında həm dövlət, həm də korporativ borc alətlərinin investorlar qarşısında öhdəliklərinin vaxtında icra edildiyini göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.