
2024-cü il ərzində xarici siyasi nüfuzlu şəxslər və onlarla əlaqəli şəxslərə dair Maliyyə Monitorinqi Xidmətinə (MMX) 14 658 hesabat daxil olub. Araşdırmalar nəticəsində həmin dövrdə 95 629 mədaxil və məxaric əməliyyatı qeydə alınıb.
Bu göstərici 2023-cü illə müqayisədə 3,3 dəfə çoxdur.
Məlumata görə, hesabat dövründə beynəlxalq məlumat mübadiləsi çərçivəsində MMX-yə 16 ölkədən 27 sorğu, 12 ölkədən isə 21 spontan məlumat daxil olub. Eyni zamanda, Xidmət tərəfindən 51 ölkəyə 84 sorğu, 5 ölkəyə isə 7 spontan məlumat göndərilib.
2023-cü illə müqayisədə 2024-cü ildə xarici siyasi nüfuzlu şəxslərin mədaxil əməliyyatlarının sayı 5 479 vahid və ya 57,5 %, nağd məxaric əməliyyatlarının sayı isə 16 386 vahid və ya 25,5 % artıb.




