Home » Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

by bbnadm
0 comments 0 views 1 minutes read

Moody’s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Agentlik Bankın əsas kredit qiymətləndirilməsi (BCA) və depozit reytinqlərini yüksəldib.

ABB-nin BCA reytinqi b2 səviyyəsindən b1-ə yüksəldilib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi B1 səviyyəsindən Ba3 səviyyəsinə qədər artırılıb. ABB-nin uzunmüddətli depozit reytinqinin proqnozu isə “Stabil” qiymətləndirilib.

Bankın reytinqlərindəki müsbət dəyişikliklər, əsasən, Azərbaycanın suveren reytinqinin yüksəlməsi, habelə ABB-nin güclü kapital adekvatlığı göstəriciləri, aktivlərinin orta risk dərəcəsi, yüksək likvidlik balansı ilə bağlıdır. Bank xarici təsirlər qarşısında güclü kapital buferinə malikdir. Uzunmüddətli depozit reytinqinin artırılması ABB-nin müsbət ödəmə qabiliyyəti ilə əlaqədardır.

Moody’s agentliyi ölkədə getdikcə artan ümumi iqtisadi fəallıq fonunda bankların, o cümlədən ABB-nin biznes imkanlarının daha da yaxşılaşmasını, gəlirliliyinin artmasını proqnozlaşdırır.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.