Home » “Moody`s” İsrailin kredit reytinqini aşağı salıb

“Moody`s” İsrailin kredit reytinqini aşağı salıb

by yunus
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Moody`s” beynəlxalq reytinq agentliyi İsrailin xarici və milli valyutada uzunmüddətli kredit reytinqini “mənfi” proqnozla “A2” səviyyəsindən “Baa1”ə endirib.

BBN.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Qeyd olunub ki, reytinqin aşağı salınması Livanın “Hizbullah” hərəkatı ilə münaqişənin kəskinləşməsi ilə bağlıdır.

“Reytinqin aşağı salınmasının əsas səbəbi geosiyasi risklərin yüksək səviyyələrə qalxması və onun İsrailin həm qısa, həm də uzunmüddətli perspektivdə kredit qabiliyyətinə mənfi təsir göstərməsi olub. Son günlər İsraillə “Hizbullah” arasında qarşıdurmanın intensivliyi xeyli artıb”, – proqnozda bildirilib.

Agentlik 2024-cü ilin sonuna kimi İsrailin hərbi əməliyyatlara görə ümumi daxili məhsulunun (ÜDM) artımının cəmi 0,5 % olacağını gözləyir. 2025-ci il üçün ÜDM artımı proqnozu isə 4 %-dən 1,5 %-ə endirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.