Home » Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

by Zeyneb
0 comments 0 views 0 minutes read

Nazirlər Kabineti çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları təsdiqləyib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallara binanın azmərtəbəli olması (5 mərtəbəyə qədər), binanın yerləşəcəyi ərazi üçün qaz təchizatının nəzərdə tutulmaması, həmçinin mənzillərdə istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin olunmasının planlaşdırılması daxildir.

Qərar yaşayış binalarında enerji səmərəliliyinin artırılması və alternativ enerji mənbələrindən istifadənin təşviq olunmasına yönəlib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.