Home » Ölkədə ilk dəfə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir

Ölkədə ilk dəfə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, yaşayış yerindən asılı olmayaraq istənilən ərazidə əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Mərkəzi Bank, “Access Bank” QSC və “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) məsləhət dəstəyi ilə ölkədə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir.

Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün agent bankçılıq modelindən geniş istifadə edilir.

Qeyd edək ki, sözügedən layihənin icrasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun genişləndirilməsinin nəzərdən keçirilməsi” tədbiri çərçivəsində Mərkəzi Bankın təşəbbüsü ilə başlanılmışdır. İlkin mərhələdə ölkədə agent bankçılıq modelinin tətbiqi imkanları araşdırılmış və pilot layihə çərçivəsində təqdim ediləcək bank xidmətlərinin əhatə dairəsi müəyyən edilmişdir.

Cari ilin mart ayından etibarən əhali və fərdi sahibkarlara “Azərpoçt” MMC-nin Ağdaş rayonunda yerləşən filialı vasitəsilə “Access Bank” QSC-nin təqdim etdiyi bank xidmətlərindən istifadə imkanı yaradılmışdır. Nəticədə “Azərpoçt” MMC-nin mövcud infrastruktur şəbəkəsindən səmərəli və effektiv istifadə edilməklə əhali və fərdi sahibkarlıq subyektlərinin bank xidmətlərinə çıxışı imkanları genişləndiriləcəkdir.

Hazırda agent bankçılıq modelinin tətbiqi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə digər bankların da layihəyə cəlb edilməsi və bank xidmətlərinə çıxış imkanlarının aşağı olduğu bütün ərazilərdə “Azərpoçt” MMC-nin geniş filial şəbəkəsindən istifadə edilməklə agent bankçılıq modelinin tətbiqi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.