
2022-ci ildə, oktyabr rəqəminə görə OPEC illik neft qiyməti 102.97 dollarda dayanıb. Bu isə 2021-ci ildə 69.72 dollardan yüksəlib, qiymətə təzyiq edən isə enerji təchizatında çatışmazlıq və Rusiya-Ukrayna müharibəsindən dolayı birinciyə sanksiyaların tətbiq edilməsi olub.
Statista-nın məlumatına görə, OPEC-Neft İxrac Edən Ölkələrin təşkilatının qısaldılmış formasıdır, 2021-ci il iyun məlumatına görə, bura Əlcəzair, Anqola, Konqo, Ekvador Ginesi, Qabon, İraq, İran, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela, Birləşmiş Ərəb Əmirlikləri daxildir. Onun məqsədi isə üzv ölkələr ilə bazarda neft siyasətini koordinasiya etməkdir. 1960-cı ildə Bağdad, İraqda yaradılıb.
Xam neft qiyməti üçün etalon
OPEC xam neft qiyməti OPEC neft səbəti ilə müəyyən edilir. OPEC neft səbəti isə təşkilatın üzvləri olan ölkələrin istehsal etdikləri neftin orta qiymətidir. Məsələn, bura Əlcəzairdən Sahara, İraqdan Bəsrə Light, Səudiyyə Ərəbistanından Ərəb Light, Venesueladan BCF 17 və s. daxildir. Neft hasilatını artırıb azaltmaqla OPEC qiyməti verilmiş maksimum və minimum arasında saxlamağa çalışır.
Bildirək ki, OPEC-in neft səbəti dünyada bir sıra xam neftin qiyməti üçün ən əhəmiyyətli etalon hesab edilir. Digər etalonlar isə Böyük Britaniyanın Brent, Qərbi Texas Nefti (WTI) və Dubay xam neftidir (Fateh).
2020-ci ildə isə neftin qiyməti kəskin şəkildə enmişdi, bu isə nəqliyyat üçün yanacağa tələbin azalması və koronavirus pandemiyası zamanı zəif iqtisadi göstəricilərdən dolayı idi.





