Home » OPEC-in neft gəlirləri 2024-cü ildə azalıb

OPEC-in neft gəlirləri 2024-cü ildə azalıb

by yunus
0 comments 0 views 1 minutes read

2024-cü ilin yekunlarına əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv dövlətlərin xammal satışından əldə etdiyi ümumi gəlir 2023-cü illə müqayisədə 3,86 faiz azalaraq 651,99 milyard dollara düşüb.

BBN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda OPEC-ə 12 ölkə daxildir: Əlcəzair, Venesuela, Qabon, İraq, İran, Konqo, Küveyt, Liviya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Nigeriya, Ekvatorial Qvineya və Səudiyyə Ərəbistanı.

2024-cü ildə ən çox gəlir itkisi Səudiyyə Ərəbistanında qeydə alınıb — ölkənin neft satışından əldə etdiyi gəlir 9,71 faiz azalaraq 223,37 milyard dollara düşüb.

Əksinə, Venesuela və İranın gəlirlərində əhəmiyyətli artım müşahidə olunub. Venesuelanın neft ixracından əldə etdiyi gəlir 40,37 faiz artaraq 18,37 milyard dollara, İranın gəliri isə 13,73 faiz artaraq 46,78 milyard dollara çatıb.

ABŞ-ın tətbiq etdiyi sanksiyalar bu ölkələrin gəlirlərini artırmasına mane ola bilməyib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.