Home » Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9128 müraciət daxil olub

Ötən il Energetika Nazirliyi və tabeli qurumlara 9128 müraciət daxil olub

by anar
0 comments 0 views 0 minutes read

2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 9128 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 7670-i müvafiq qaydada icra edilib, 1229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.