Home » Özbəkistan nümayəndə heyəti Azərbaycanın KOB sahəsində təcrübəsi ilə tanış olub

Özbəkistan nümayəndə heyəti Azərbaycanın KOB sahəsində təcrübəsi ilə tanış olub

by anar
0 comments 1 views 1 minutes read

Ölkəmizdə KOB-lara göstərilən ünvanlı dəstək və xidmətlər Özbəkistan nümayəndə heyəti tərəfindən maraqla qarşılanıb.  

Azərbaycanın kiçik və orta sahibkarlıq sahəsində təcrübəsini öyrənmək məqsədilə Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdə olublar. 

Səfər çərçivəsində nümayəndə heyəti “Bakı KOB evi”ndə sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilmiş görüşlərdə Özbəkistan nümayəndə heyəti üçün KOB sahəsində milli qanunvericilik, KOBİA-nın fəaliyyəti, KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, o cümlədən “KOB dostu” və KOB evi mexanizmləri barədə təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. KOBİA-nın əməkdaşları və Özbəkistan nümayəndə heyəti arasında KOB sahəsində təcrübə və fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.