Home » Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib

Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə Özbəkistanla iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.

Görüşdə bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistan – Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.

Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan – Özbəkistan İnvestisiya şirkətinin fəalliyyəti vurğulanıb. Bildirilib ki, birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək.

Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.