Home » “Dələduzlardan qorumaq üçün nəyi ‘özünüzə qadağan edərdiniz’?”

“Dələduzlardan qorumaq üçün nəyi ‘özünüzə qadağan edərdiniz’?”

by yunus
0 comments 4 views 2 minutes read

PLUSworld tərəfindən 25 aprel – 5 may 2025-ci il tarixlərində keçirilmiş sorğunun nəticələrinə əsasən, istehlakçıların 47%-i dələduzluq riskindən qorunmaq üçün nağd kreditə özünə qadağa qoymaq istədiyini bildirib.

BBN.az xəbər verir ki, sorğu PLUSworld-un rəsmi Telegram kanalında aparılıb.

Respondentlərə özlərini maliyyə dələduzluğundan qorumaq məqsədilə hansı bank xidmətlərinə “özünə qadağa” tətbiq edəcəkləri ilə bağlı sual ünvanlanıb.Ən çox seçilən cavab nağd kredit olub – hər iki istehlakçıdan biri bu imkandan imtina etməyə hazırdır. İkinci yerdə iştirakçıların 32 faizinin ödənişlərə, xüsusilə xidmətlər və oyunlar üzrə ödənişlərə limit qoymaq istəyi dayanıb. Üçüncü sırada rəqəmsal kart buraxılması və bu kateqoriyaya aid olan xidmətlərə qadağa qoymaq istəyən 31 faiz iştirakçı yer alıb.

Dördüncü yerdə ipoteka kreditlərinə qadağa qoymaq istəyənlər (27 faiz) qərarlaşıb. Bu nəticə PLUSworld redaksiyası üçün bir qədər gözlənilməz olub. Belə ki, ipoteka kreditləri adətən konkret daşınmaz əmlakın alınması üçün verilir və aşağı riskli məhsul hesab olunur. Respondentlərin 23 faizi avtokreditləşməyə və əmanətin uzaqdan açılıb bağlanmasına da qadağa qoymaq istədiklərini bildirib. Qeyd olunur ki, ənənəvi modeldə – dilerlərin iştirakı ilə həyata keçirilən avtokreditləşmə nisbətən təhlükəsiz sayılsa da, son dövrlərdə avtomobil satışlarının onlayn marketpleyslər üzərindən həyata keçirilməsi bu sahədə dələduzluq risklərini artırır.

Sorğuda iştirak edənlərin 20 faizi QR-kod vasitəsilə həyata keçirilən nağd əməliyyatlara limit qoymaq niyyətində olduqlarını bildirib. Pul köçürmələri (o cümlədən SBP, telefon nömrəsinə, hesab və rekvizitlər üzrə, eləcə də transsərhəd köçürmələr) üzrə məhdudiyyətlər qoymaq istəyənlərin payı isə 18 faiz təşkil edib. Əmanətlərdən qismən vəsait çıxarılması və hesablararası tranzaksiyalara məhdudiyyət qoymaq istəyənlər və digər xidmətlərə qadağa tətbiq etməyi düşünənlər isə 15 faiz təşkil edib.

Müstəqil ekspert Nikolay Pyatiiizbyantsev sorğunun nəticələrini şərh edərək bildirib ki, hazırda Rusiyada dörd əsas “özünə qadağa” mexanizmi mövcuddur: uzaqdan kreditlərə qadağa, bankın filialına şəxsən müraciət zamanı kreditə qadağa, MFO-lar üzrə kreditə qadağa və xidmətlər üzrə limitlər. Ekspertin sözlərinə görə, bu tədbirlər xüsusilə sosial mühəndislik, mobil cihazların və bank xidmətlərinin sındırılması halları fonunda aktuallıq qazanır. Bununla belə, dələduzlar bəzən müştəriləri mövcud qadağanı özləri ləğv etməyə də razı sala bilirlər.

PLAS Sorğusu göstərdi ki, insanlar öz maliyyə təhlükəsizliklərini gücləndirmək üçün daha çox fərdi nəzarət və özlərinə qarşı tətbiq edilə bilən texniki məhdudiyyətlərə ehtiyac duyurlar.

Banklar bu cür seçimləri müştərilərə təqdim etməyə nə dərəcədə hazırdır? – Bunu zaman göstərəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.