Pandemiya səbəbindən işçi heyətini ən çox azaldan aviaşirkətlər hansılardır?

Koronavirus pandemiyası səbəbindən iqtisadiyyatların ən böyük mənfi təsirə məruz qalan sahələrindən biri də turizm sahəsidir. Dünyanın əksər ölkələrində vətəndaşların xarici ölkələrə, eləcə də ölkədaxili səyahətləri məhdudlaşdırıldığından, aviasəyahətlərin sayında kəskin azalma müşahidə olunur. Bu isə, öz növbəsində aviaşirkətlərin vəziyyətini çətinləşdirir. Nəticə etibarilə, aviaşirkətlər öz xərclərini azaltmaq məqsədilə işçi heyətinin bir qismini ixtisara salmaq və işdən çıxarmaq məcburiyyətində qalır.

Delta Airlines – ABŞ mərkəzli aviaşirkət 13 mindən çox işçisini ödənişsiz məzuniyyətə göndərib

AirBaltic – Latviya mərkəzli şirkət ilkin olaraq 250 işçisini işdən çıxarıb, daha sonra minlərlə işçisinə ödənişsiz surətdə məzuniyyətə çıxmağı və ya könüllü olaraq işdən ayrılmağı təklif edib

British Airways – Avropanın ən böyük aviaşirkətlərindən olan British Airways aprel və may ayları ərzində bütün işçi heyətinin aylıq əmək haqqısını 50% həcmində azaldacağını açıqlayıb. Bununla yanaşı, 4500-ə yaxın pilot bu iki ay ərzində ödənişsiz məzuniyyətə göndərilib.

Scandinavian Airlines – Aviaşirkət 15 mart tarixində 10 min işçisini ixtisara saldığını açıqlayıb. Bu isə, aviaşirkətin ümumi işçi heyətinin 90 faizini təşkil edir.

Norwegian Airlines – İşçi heyətinin 90 faizinə qədərini ixtisara salan digər bir aviaşirkət isə Norwegian Airlines-dir. 16 mart tarixində 7300 işçisini işdən çıxaran aviaşirkət öz aviareyslərinin 85%-dən çoxunu ləğv edib.

Air Canada – 30 minə yaxın işçi heyətinə malik olan aviaşirkət 19 mart tarixində 5100 nəfərdən çox işçisini ixtisara salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır