Home » “Paramount” 2 minə yaxın əməkdaşını ixtisar edəcək

“Paramount” 2 minə yaxın əməkdaşını ixtisar edəcək

by yunus
0 rəy 2 baxış 1 dəqiqə oxuma

“Paramount Global” media şirkəti ABŞ-dakı işçilərinin 15%-ni ixtisar etməklə, 2 minə yaxın əməkdaşını işdən çıxarmağı planlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə “Bloomberg”in əldə etdiyi şirkət rəhbərliyinin işçilərə ünvanladığı mesajda deyilir.

Bildirilir ki, işdən çıxarılma xərclərin ildə 500 milyon dollar azaldılması üçün daha əvvəl elan edilmiş planın bir hissəsi olacaq. Bu, işçilərin ixtisarının ikinci mərhələsidir, bundan sonra ixtisar planı 90% yerinə yetiriləcək.

“Bütün media sənayesi kimi, biz də ənənəvi seqmentdə dəyişən şərtlərə uyğunlaşaraq axın biznesinin gəlirliliyini artırmaq üçün çalışırıq”, – deyə şirkət rəhbərliyi bildirib.

Qeyd edək ki, “Paramount” 28 milyard dollarlıq korporativ dəyəri (EV) olan “New Paramount”u yaradacaq bir müqavilədə “Skydance Media” ilə birləşmə prosesindədir. Müqavilənin gələn ilin birinci yarısında bağlanacağı gözlənilir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.