1
“PAŞA Həyat Sığorta Şirkəti” ASC-nin Daxili Audit Departamentinin direktor vəzifəsini müvəqqəti olaraq Samir Əliyev icra edəcək.
Samir Əliyev 2024-cü ilin may ayından 2025-ci ilin dekabr ayına kimi şirkətdə daxili audit üzrə menecer kimi fəaliyyət göstərib.
O, 2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu, təhlil və audit ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra 2013–2015-ci illərdə eyni universitetdə magistratura pilləsini uğurla tamamlayıb.





