Home » “PAŞA Holdinq” “Apple” şirkətinin qurucusunu Bakıya gətirir!

“PAŞA Holdinq” “Apple” şirkətinin qurucusunu Bakıya gətirir!

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

30 noyabr-1 dekabr tarixlərində “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə regionun ən böyük innovasiya sammiti olan “InMerge Innovation Summit” keçiriləcək.

Artıq 3-cü ildir ki, təşkil olunan bu tədbir innovatorları, aparıcı texnologiya şirkətlərini, liderləri, startapları və eləcə də investorları bir araya gətirərək onlarla əlaqə yaratmaq, innovasiya ekosisteminə inteqrasiyalar etmək məqsədi daşıyır.

“InMerge Innovation Summit” tədbirində həmçinin “Apple” şirkətinin qurucularından Steve Wozniak da iştirak edəcək.

Günümüzün texnologiya sahəsində aparıcı şirkətlərdən biri “Apple”ı yaradan şəxslərdən olan Steve Bakıda keçiriləcək bu əhəmiyyətli tədbirdə texnologiya sahəsindəki yeniliklərdən, həmçinin öz işlərindən söz açacaq.

Tədbirdə “Trendyol” şirkətlər qrupunun prezidenti Çağlayan Çetin, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov, məşhur TED spikeri Michael Ringel və sahəsində özünü təsdiq etmiş onlarla şəxs də iştirak edəcək.

Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və daha bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr aparılacaq və seminarlar baş tutacaq.

İnnovasiya və texnologiya sahəsi üçün önəm kəsb edən bu tədbir üçün biletlər 10 sentyabr tarixinə kimi 500 dollar yox, endirimlə 150 dollara təqdim olunur. Tədbir haqqında daha çox öyrənmək və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.