Home » PAŞA Sığorta “Məktəbli” sağlamlıq sığortasını əsas alaraq məktəblilər üçün “Mənim məktəbdəki Dostum” adlı rəsm sərgisi keçirdi

PAŞA Sığorta “Məktəbli” sağlamlıq sığortasını əsas alaraq məktəblilər üçün “Mənim məktəbdəki Dostum” adlı rəsm sərgisi keçirdi

by anar
0 comment 1 views 1 minutes read

PAŞA Sığorta “Məktəbli” könüllü sağlamlıq sığortasının təşviqi məqsədilə 6-15 yaş arası məktəblilər üçün xüsusi rəsm müsabiqəsi həyata keçirib. Müsabiqədə iştirak üçün 100-dən artıq məktəbli müraciət edib.Uşaqlar mövzuya uyğun olaraq çəkdikləri rəsm əsərlərini PAŞA Sığorta şirkətinə göndərib, münsiflər heyəti tərəfindən dəyərləndirilən rəsm əsərləri sərgidə nümayiş edilmək üçün seçilib. Seçilən rəsm əsərlərinin nümayiş edildiyi sərgiyə 30 uşaq valideynləri ilə birlikdə dəvət olunub və hər birində 3 qalib olmaqla 2 fərqli yaş kateqoriyası üzrə qaliblər müəyyən edilib.

Sərgi zamanı uşaqlar fərqli oyunlar oynayıb, əyləncəli zaman keçirib və sonda onlara müxtəlif hədiyyələr təqdim edilib.

40 AZN-dən başlayan qiymətlə əldə edə biləcəyiniz və 4 fərqli paket şəklində təqdim edilən “Məktəbli” könüllü sağlamlıq sığortası ilə övladlarınızın sağlamlığını məktəb və ya məktəbə aid ərazilərdə təminat altına ala bilərsiniz. Müraciət etmək üçün: bit.ly/mektebli-sigortasi

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.