30 may 2024-cü il tarixində Bakı Fond Birjasında PASHA Yatırım Bankası A.Ş.-nin buraxılış həcmi 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları dəyərində olan abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | PASHA Yatırım Bankası A.Ş. |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2009020176 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Yerləşdirmə üsulu | Abunə yazılışı |
Buraxılış həcmi | 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları |
İstiqrazın sayı | 25,000 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
Minimal qiymət | 1,000 ABŞ dolları |
Maksimal qiymət | 1,000 ABŞ dolları |
Kəsmə qiyməti | 1,000 ABŞ dolları |
Ortaçəkili qiyməti | 1,000 ABŞ dolları |
Reallaşdırılmış həcmi | 25,000,000 ABŞ dolları |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 25,000,000 ABŞ dolları |
İllik gəlirlilik faizi | 6.19% |
Ödəmə Periodu | İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 (üç) təqvim ayından bir |
Tədavül müddəti | 18 ay |
İnvestor sayı | 9 |
Sifariş sayı | 9 |
İstiqrazların ödəmə tarixi | 30.11.2025 |
Əsas Anderrayter | “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
Digər Anderrayterlər | “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC |