
İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanında dəyişiklik edib.
Məlumata görə, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ əldə edib.
Bundan əlavə, Nazirlər Kabineti fərmandan irəli gələn məsələlərin həllini təmin etməlidir.




