Home » Pul kütləsində aylıq azalma, illik artım qeydə alınıb

Pul kütləsində aylıq azalma, illik artım qeydə alınıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3) həcmi 47,491 milyard manat təşkil edib.  Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bu, aylıq müqayisədə 495 milyon manat və ya 1% azalma deməkdir. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə M3 3 milyard manat və ya 6,8% artıb.

Manatla pul kütləsi (M2) isə hesabat tarixinə 37,027 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 160,7 milyon manat və ya 0,4% azalaraq, illik müqayisədə 2,4 milyard manat və ya 6,9% artım göstərib.

M1 aqreqatı üzrə pul kütləsi 29,031 milyard manat təşkil edib. Bu, aylıq 437,8 milyon manat və ya 1,5% azalma, illik müqayisədə isə 1,6 milyard manat və ya 5,8% artım deməkdir.

Banklardan kənarda olan nağd pul kütləsi (M0) isə 17,083 milyard manat olub. Bu göstərici aylıq müqayisədə 71,4 milyon manat və ya 0,4% azalsa da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard manat və ya 8,5% artıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.