
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda indiyədək 500 milyon avroya yaxın layihə maliyyələşdirib.
Bunu Azərbaycanın maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
Bunu Azərbaycanın maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Sahil Babayev Bankın Rəhbərlər Şurasının 28-ci İllik Toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan 1994-cü ildən QDTİB ilə əməkdaşlıq edir və bu müddət ərzində Bank ölkədə ümumilikdə 500 milyon avroya yaxın müxtəlif layihəni maliyyələşdirib.
“Bu layihələr çərçivəsində yerli banklar vasitəsilə kiçik və orta biznesə göstərilən dəstək ən mühüm istiqamətlərdən biridir”, – deyə o qeyd edib.
Nazir əlavə edib ki, Bankın 2025-ci il üzrə fəaliyyətinin nəticələri müsbət qiymətləndirilib. Onun sözlərinə görə, ötən il həm Bankın maliyyə vəziyyəti möhkəmlənib, həm də region ölkələrində maliyyə riskləri yaxşılaşıb və ya sabit qalıb. Buna görə də toplantıda növbəti dövr üzrə perspektiv layihələr də müzakirə edilib.




