Home » Qida və içki sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Qida və içki sektorunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının üzvləri ilə görüşdə sahibkarların fəaliyyətinə və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və assosiasiyaya üzv olan sahibkarlar iştirak ediblər.

Görüşdə qida və içki istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla biznes fəaliyyətinə, iş adamlarının qarşılaşdıqları ehtiyac və çətinliklərə dair fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə laborator analizlərin aparılması, idxal-ixrac əməliyyatları, ət kəsimi prosesi, qanunvericiliyin təkmilləşdirilməsi prosesində ictimai iştirakçılıq, istehsal və ixrac prosedurlarına dair biznes ictimaiyyətinin məlumatlandırılması tədbirləri və s. barədə sahibkarların təklifləri dinlənilib, KOBİA-nın qeyd edilən istiqamətdə dəstəyinə dair müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.