Home » Qırmızı Ürəklər Fondundan “Kitab Gəzər” layihəsinə dəstək

Qırmızı Ürəklər Fondundan “Kitab Gəzər” layihəsinə dəstək

by anar
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Kapital Bank-ın və Qırmızı Ürəklər Fondu”nun dəstəyilə ölkəmizin 29 şəhər və rayonlarında 55 kənd məktəbində müxtəlif bədii kitab nümunələrindən ibarət “Kitab Gəzər” kitabxanası formalaşdırılıb. 25 may-14 iyun 2023-cü il tarixləri aralığında baş tutan səfərlərdə hər iki komandanın könüllüləri, uşaq nəşriyyatlarının rəhbərləri və kitab müəllifləri iştirak etmiş, məktəblilər ilə faydalı vaxt keçiriblər.

Layihə çərçivəsində 55 kənd məktəbinə ümumilikdə 2750 ədəd kitab hədiyyə edilib. Bədii ədəbiyyat nümunələrindən ibarət olan “Kitab Gəzər” kitabxanaları kənd məktəbləri, uşaq evi, sığınacaqlar, cəzaçəkmə müəssisələri, regionlardakı icma mərkəzləri və s. kimi yerlərdə formalaşdırılmaqdadır.

2019-cu ildən fəaliyyət göstərən “Kitab Gəzər” layihəsinin əsas məqsədi bölgələrdə yaşayan məktəbliləri mütaliə etməyə cəlb etməkdir. Kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün onları kitablarla təmin etməkdir. Ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir. Layihə paytaxtdan könüllü şəkildə bağışlanan kitabları toplayır və onları regionlarda yaşayan gənclərə çatdırır.

Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.