0


Əmtəə bazarlarında qızıl bahalaşdı, gümüş isə ucuzlaşdı.
BBN.az birja məlumatlarına əsaslanaraq xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,27% artaraq 3 351,9 ABŞ dollarına çatıb.
Digər qiymətli metal olan gümüş isə bir qədər ucuzlaşıb. Belə ki, COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti 0,05% geriləyərək 37,07 ABŞ dolları təşkil edib.